Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Vətən müharibəsi Azərbaycan ordusu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ƏƏSMN

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur.

TurkicWorld xəbər verir ki, bu barədəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi üzrə postmüharibə dövründə:

• şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə sosial ödəniş təyinatı üzrə 120 min xidmət göstərilib, 25,4 min şəxsə birdəfəlik ödəmə təyin olunub;

• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 7200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 96 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

• müharibə ilə əlaqədar əlilliyi olan 2397 şəxs 88 min reabilitasiya vasitəsi, o cümlədən 500-dən çox şəxs 619 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 29 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 13,5 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Qeyd olunan sosial dəstək paketi ümumilikdə 132 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 403 min xidmət göstərilib.

Mövzuya görə xəbərlər