BAKI, AzerVoice
Prezident İlham Əliyevin izi ilə təşkil edilmiş media-tur çərçivəsində jurnalistlərin Ağdərə rayonunun Aşağı Oratağ kəndinə səfəri başlayıb.
AzerVoice-un xəbərinə görə, kənd 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Kənddə ümumilikdə 308 fərdi ev var. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istifadəyə verilib, il ərzində əlavə 60 evin bərpası nəzərdə tutulur. İlk mərhələdə 31 ailə (119 nəfər) kəndə qayıdıb.
Kənddə sosial infrastruktur da yenilənir. Belə ki, 2 transformator və qaz xətti bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su nasosu istifadəyə verilib, 560 kubmetrlik su anbarları təmizlənib və subartezian quyusu təmir olunub. Uzunluğu 7 km kənddaxili yollar bərpa olunub, sakinlərin istirahəti üçün park salınıb və futbol meydançası yaradılıb.







