Son dəqiqə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ƏƏSMN Qəbələ Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Şəmkirdəki Uşaq Reabilitasiya Mərkəzi

Yanvar-noyabr aylarında əlilliyi olan 40,6 min uşağa reabilitasiya xidmətləri göstərilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin yanvar-noyabr aylarında əlilliyi olan 40,6 min uşağa xidmətlər göstərilib.

TurkicWorld xəbər verir ki, onlardan 27,4 mini ambulator, 2 mini stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Mövzuya görə xəbərlər