Son dəqiqə

İsrail Dövlət Miqrasiya Xidməti DMX

Dövlət Miqrasiya Xidmətinin rəisi İsrail Dövlətinin ölkəmizdəki səfiri ilə görüşüb

BAKI, TurkicWorld

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

TurkicWorld Dövlət Miqrasiya Xidmətinə istinadla xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan Xidmət rəisi səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, ölkəmizin miqrasiya siyasətinin əsas prioritetlərini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Ronen Krausz iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb və diplomatik fəaliyyəti dövründə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Mövzuya görə xəbərlər