Son dəqiqə

Əlilliyi olan şəxslərə sosial dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

“Əlilliyi Olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin “Pediatriyada Refleksoterapiya” layihəsinin təlimlərinə başlanılıb

BAKI, TurkicWorld

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Pediatriyada refleksoterapiya” layihəsinin təlimlərinə start verib. Birliyin sədri Təranə Musayeva iştirakçıları salamlayaraq, layihə haqqında ətraflı məlumat verib. Sonra təlimçi Aynur Əhmədova refleksoterapiya haqqında ümumi məlumatlar təqdim edib, iştirakçılara refleksoterapiyada istifadə olunan cihazlar və alətlərlə tanışlıq imkanı yaradılıb.

TurkicWorld xəbər verir ki, “pediatriyada refleksoterapiya” təlimləri nəzəri və praktik olaraq keçiriləcək. Təlimlər zamanı aşağıdakı mövzular ətrafında geniş müzakirələr aparılacaq:

Uşaq sağlamlığında refleksoterapiyanın rolu

Refleksoterapiya metodları

Uşaqda refleksoterapiya tətbiqi və bunun nəticələri

Uşaqlarda stres və narahatlığın azaldılması

Refleksoterapiya ilə ağrının azaldılması

İmmunsistemin gücləndirilməsi

Serebral iflic və refleksoterapiya

Ağ ciyər və yoğun bağırsaq meridiyanı

Mədə, mədəaltı vəz, dalaq, öd kisəsi, ürək, nazik bağırsaq, sidik kisəsi, böyrə kimi meridianlar

Su-djok terapiya

İlk təlim iştirakçıların böyük marağına səbəb olub. Onlar refleksoterapiyada istifadə olunacaq alətlərlə tanış olub, təlimçi tərəfindən sualları cavablandırılıb. Bu təlimlər vasitəsilə təlim iştirakçıları, uşaqların sağlamlığının qorunması və xəstəliklərin müalicəsi sahəsində yeni bilik və bacarıqlar əldə edəcəklər.

Mövzuya görə xəbərlər