Son dəqiqə

Qərbi Azərbaycan İcması

ABŞ Azərbaycan cəmiyyətində olan-qalan nüfuzunu da itirdi - Qərbi Azərbaycan İcması

Bakı, TurkicWorld

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibi Antoni Blinkenin və digər ABŞ rəsmilərinin Azərbaycanın daxili işlərinə artıq tendensiya halını almış kobud müdaxiləcəhdlərini kəskin şəkildə pisləyir.

TurkicWorld xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

"Təəssüflə vurğulamaq istərdik ki, biz bu illərdə ABŞ-nin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, etnik təmizləmə siyasəti həyata keçirməsini, biz Qərbi azərbaycanlıları deportasiya etməsini pislədiyini görmədik. ABŞ rəsmiləri torpaqları işğal edilmiş Azərbaycanın, yüz minlərlə məcburi köçkünün, minlərlə itkin ailəsinin deyil, işğalçı Ermənistanın, Azərbaycan cəmiyyətində heç birnüfuzu olmayan, rüsvay olmuş bir qrup marginal elementin yanında yer aldı. Vətən müharibəsindən sonra bütün bunların, xüsusilə ölkələrin ərazi bütövlüyü və suverenliyinə münasibətdə ABŞ-ın fərqli yanaşmasının bir daha şahidi olduq. ABŞ-nin dinc yolla öz dədə-baba yurdlarına qayıdış xəttini seçən Qərbi Azərbaycan İcmasının elə həmin Antoni Blinkenə ünvanladığı məktuba heç bir reaksiya vermədiyini, lakin Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsində iştirak edən və bu günün özündə də Ermənistanda Azərbaycanın suverenliyini təhdid edən separatçılara qucaq açdığını, viza verdiyini, ABŞ-nin müxtəlif təsisatlarında çıxış etmək imkanı yaratdığını gördük. Özünü dini azadlıqlara hörmət edən ölkə kimi qələmə verən, "mötəbər" hesabatlar hazırlayaraq ölkələri müxtəlif uydurma siyahılara daxil edən, Qarabağda "erməni irsi"nin vəziyyəti ilə bağlı narahatçılığını ifadə edən ABŞ-nin Azərbaycan xalqının Ermənistan ərazisində zəngin mədəni irsinin dağıdılmasını, təhrif edilməsini pislədiyini eşitmədik. Bütün bunlara görə də, ABŞ Azərbaycan cəmiyyətində olan-qalan nüfuzunu da itirdi.

ABŞ "insan hüquqları" mövzusunu, yalan xəbər mediasını, "müstəqil" QHT-ləri Azərbaycana qarşı silah kimi istifadə etməkdənsə, qoy özü ən əsas beynəlxlaq insan hüquqları konvensiyalarına qoşulsun, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı hesabatlarında yer almış polis tərəfindən həddindən artıq gücün tətbiq edilməsi, hüquq-mühafizə orqanlarının irqi əsasda məlumatlar toplaması(racial profiling), strukturlaşdırılmış irqçilik kimi praktikalara son qoysun, silah zorakılığı problemini həll etsin, məhbuslara verilən işgəncə hallarını və digər qanunsuz əməlləri araşdırsın",- deyə bəyanatda qeyd edilib.

Mövzuya görə xəbərlər