BAKI,TurkicWorld
Qərbi Azərbaycan İcması son 200 ildə Ermənistan ərazisindən mərhələlərlə qovulan milyonlarla insanı və onların varislərini birləşdirən ictimai təşkilatıq.
TurkicWorld xəbər verir ki, bu fikirləri bu gün Qərbi Azərbaycan İcması tərəfindən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzususunda lll Beynəlxalq Konfransda Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov çıxış edərkən deyib.
O qeyd edib ki, İcmanın fəaliyyətinin əsas xəttini həmin insanların, xüsusilə də 1987-ci ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsinin ilk mərhələsində öz doğma yurdlarından amansız şəkildə qovulan 300 min nəfər qaçqının öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmədir.
"Həm insan hüquqlarına, həm də beynəlxalq hüquqa əsaslanan haqlarının bərpasıdır. Buna görə də biz fəaliyyətimizdə beynəlxalq hüquqa söykənir, qayıdış hüququ ilə bağlı beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplərin həyata keçirilməsini tələb edirik. Biz fəaliyyətimizi beynəlxalq hüquqlara əsaslanaraq aparırıq. Təəssüf ki, Ermənistan bütün bu qanunsuz əməllərə görə beynəlxalq məsuliyyət daşımamaq üçün çalışır. Onların hərəkətləri bəşəri cinayətdir. Buna görə dəfələrlə UNESCO-ya müraciət etmişik", - Ə.Ələkbərov əlavə edib.







