BAKI,TurkicWorld
Vaxtilə hazırkı Ermənistan ərazisində 650 kənddə Azərbaycanlılar yaşayıb.
TurkicWorld xəbər verir ki, bu fikirləri bu gün Qərbi Azərbaycan İcması tərəfindən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzususunda lll Beynəlxalq Konfransda panel müzakirəsi zamanı Tennesi Texnologiya Universitetinin professoru Michael Martin Gunter deyib.
O bildirib ki, Ermənistanda mövcud olan ilkin toponimlər Azərbaycan mədəniyyəti və tarixi ilə əlaqəlidir:
"Sonrakı dövrlərdə bu toponimlər erməniləşməyə məruz qalıb".
Onun sözlərinə görə, 300 mindən çox etnik azərbaycanlılar öz tarixi dədə-baba yurdlarından qovulub.







