Son dəqiqə

MÜSİAD Azərbaycan

MÜSİAD Azərbaycan nümayəndə heyəti Bursaya səfər edib

Bakı, TurkicWorld

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan rəhbəri və nümayəndə heyəti Türkiyənin Bursa şəhərinə işgüzar səfər edib.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində bir sıra görüşlər keçirilib və əməkdaşlıq perspektivləri müzakirə olunub.

İlk olaraq, Kontakt Grup şirkətinin həmtəsisçisi və baş icraçı direktoru, azərbaycanlı sahibkar Yunis Heydərli və şirkət təmsilçiləri ilə görüş keçirilib. Beynəlxalq ticarət sahəsində fəaliyyət göstərən bu şirkətin Azərbaycan və Türkiyə arasında ticarət dinamikasının artmasına önəmli töhfə verdiyi vurğulanıb.

Daha sonra, nümayəndə heyəti Bursa Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri İbrahim Burkay və heyəti ilə bir araya gəlib. Görüş zamanı mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib və hazırlanmış "Azərbaycana gəlmək üçün 101 səbəb" təqdimatı təqdim olunub.

Səfərin növbəti hissəsində Bursa Teknik Universiteti və Bursa Uludağ Universitetinə ziyarətlər təşkil edilib. Əvvəlcə Bursa Texniki Universitetin rektoru Prof. Dr. Naci Çağlar, daha sonra isə Bursa Uludağ Universitetinin rektoru Prof. Dr. Ferudun Yılmaz ilə görüşlər keçirilib. Görüşlər zamanı Təhsil və Mədəniyyət Komissiyasının fəaliyyəti çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Həmçinin, gələn il Bakıda keçirilməsi planlaşdırılan "Gələcəyin peşələri, peşələrin gələcəyi" adlı tədbir haqqında məlumat verilərək, rektorlar bu tədbirə dəvət edilib.

Nümayəndə heyəti həmçinin, Sakarya Düşüncə və Həmrəylik Platforması rəhbəri Hasan Demir və heyəti ilə birlikdə Bursa şöbəsində Alparslan Şenocak və MÜSİAD üzvləri ilə görüş keçirib. Bu görüşdə dərinləşən Azərbaycan-Türkiyə əlaqələrinə töhfə verə biləcək layihələr müzakirə olunub. Sonda Bursa şöbəsinin üzvləri ilə Bakıda yaxın zamanda görüşmək barədə qərar qəbul edilib.

Mövzuya görə xəbərlər