Bakı, TurkicWorld
Alman mediasında Bonn şəhərində keçirilən tədbir barədə xəbərlər yayımlanıb, forumun mahiyyətindən bəhs edilib, fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycanlı həkimlərin uğurlu kliniki və elmi fəaliyyətinin onlara Almaniyadakı xarici tibb mütəxəssislərinin statistikasında aparıcı yer qazandırdığı vurğulanıb.
TurkicWorld xəbər verir ki, məqalələrdə forumun Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının və Almaniyada Azərbaycanlı Həkimlər Forumunun təşkilatçılığı ilə keçirildiyi diqqətə çatdırılıb.
Almaniyanın 81 şəhərindən 200 həkim və müxtəlif tibb ixtisaslarından olan ekspertlərin tədbirdə iştirakı qeyd olunub. Sədr Fuad Muradovun çıxışında azərbaycanlı həkimlərə Almaniyadakı nümunəvi fəaliyyətlərinə və vətəni ləyaqətlə təmsil etdiklərinə görə təşəkkürünü bildirdiyi vurğulanıb.
Priv.-Doz. GFO Clinics Troisdorf-un Radiologiya, Neyroradiologiya və Nüvə Tibbinin baş həkimi Dr. Nuran Abdullayevin sözlərinə əsasən gələcək tədbirlərin daha da əhatəli keçiriləcəyi və Almaniyanın müxtəlif səhiyyə müəssisələrinin bu işə cəlb olunacağı diqqətə çatdırılıb.
Məqalələrdə Ştutqart və ətraf şəhərlərdə yaşayan Azərbaycan icması ilə görüşə də yer verilib.
Aşağıdakı linklərə daxil olaraq xəbərləri ətraflı şəkildə oxumaq mümkündür: