Son dəqiqə

AMEA

Ermənilər 20-dən çox seysmoloji stansiyanı dağıdıb - AMEA prezidenti

Bakı. TurkicWorld:

Erməni işğalından azad edilmiş ərazilərimizdə 20-dən çox seysmoloji stansiya dağıdılıb.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Bakıda "Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, artıq seysmoloji stansiyaların qurulması istiqamətində işlər aparılır.

"Şuşanın Daşaltı kəndi ərazisində birinci seysmoloji stansiyada işlər başa çatmaq üzrədir. Bir aya qədər işləri tamamlayıb Qarabağda ilk seysmoloji stansiyanın açılışını edəcəyik", - deyə o qeyd edib.

Qeyd edək ki, konfrans zamanı Qafqazda son seysmik məlumatların toplanması və təhlili, müasir tikinti normalarında konseptlər, zəlzələ kataloqunun təkmilləşdirilməsi, seysmik metodlar və təhlükənin qiymətləndirilməsi tələbləri və s. mövzularda müzakirələr aparılacaq. Konfrans üç gün davam edəcək

Mövzuya görə xəbərlər