Son dəqiqə

AMEA

Bakıda beynəlxalq seysmoloji konfrans keçirilir

Bakı. TurkicWorld:

13-15 may 2024-cü il tarixlərində Bakıda "Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri" mövzusunda beynəlxalq konfrans keçirilir.

TurkicWorld xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda AMEA rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, eləcə də, xarici ölkələrdən 30-a yaxın dünyada tanınmış seysmoloq alim və mütəxəssislər iştirak edir.

Qeyd edək ki, konfrans zamanı Qafqazda son seysmik məlumatların toplanması və təhlili, müasir tikinti normalarında konseptlər, zəlzələ kataloqunun təkmilləşdirilməsi, seysmik metodlar və təhlükənin qiymətləndirilməsi tələbləri və s. mövzularda müzakirələr aparılacaq. Konfrans üç gün davam edəcək.

Mövzuya görə xəbərlər