Son dəqiqə

ALYANS

“Alyans” Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin saytı təqdim edilib

Bakı. TurkicWorld:

Bu gün "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin təsis etdiyi "alyans.org.az" saytının təqdimat mərasimi keçirilib.

TurkicWorld-in məlumatına görə, təqdimat mərasimində Alyans Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədi Fəxri Abbasov bildirib ki, Xüsusi Xidmət Orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində belə bir informasiya resursunun fəaliyyətə başlaması böyük əhəmiyyət daşıyır.

"Alyans.org.az" saytınının əsas məramı və məqsədi Birliyin fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini və dövlətin təhlükəsizliyinin təmin olunmasında xidmətin rolunu ictimailəşdirmək və təbliğ etməkdir.

Alyans öz fəaliyyətinə 2002-ci ildən başlayıb və 2004-cü ilin may ayında isə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb. Bu il bizim 20 illik yubleyimizdir. Alyansın bu cür aktiv fəaliyyətinə Dövlət Təhlükəsizlik Xidmətinin dəstəyi çox vacibdir və inanıram ki, biz fəaliyyətimizə bu cür davam edəcəyik Ölkəmizdə təhlükəsizlik oraqnlarının veteran işçilərinə böyük diqqət göstərilir. Sabah bizim peşə bayramımızdır, 105 illik yubleyimizdir. Hər birinizi, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyini, şəxsən Əli müəllimi və kollektivini peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm", - deyə o qeyd edib.

Alyansın fəxri sədri Şamil Süleymanov isə çıxışında bildirib ki, Alyansın yaradılmasında məqsəd veteranlara diqqət göstərməkdir. "Hazırda birliyin üzvlərinin sayı təqribən 700 nəfərdir. Biz veteranlar üçün böyük işlə görürük, veteranların yubleyərini qeyd edirik və ona görə veteranlar bizim fəaliyyətimizdən çox razıdırlar. Dövlət Təhlükəsizlik Xidməti də bizin fəaliyyətimizdən çox razıdırlar", - deyə o qeyd edib.

Alyansın sədr müavini Əli Orucov da da çıxışında Alyansın faəliyyəti haqqında danışıb. O bildirib ki, Ümummilli lider Heydər Əliyev yeganə azərbaycanlı idi ki, 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edildi. Bundan sonra vəziyyət tamamilə dəyişdi. Çünki Dövlət Təhlükəsizlik Komitəsinin əvvəlki rəhbərləri başqa millətlərin nümayəndələri olub. "Azərbaycan vətəndaşlarına ögey münasibət var idi, vəzifəyə təyin etmirdilər. Ancaq Heydər Əliyev vəziyyəti dəyişərək təhlükəsizlik xidməti orqanlarının inkişafında yeni mərhələ başlatdı, milli kadrlar irəli çəkildi", - deyə o əlavə edib.

Alyansın üzvü Elşad Həsənov çıxış edərək bildirib ki, təhlükəsizlik xidməti orqanlarının veteranlarına böyük diqqət göstərilir. "Biz bundan sonra da xalqımızın, dövlətimizin yanında olacağıq. Biz alyans olaraq dövlətimizin apardığı siyasəti təbliğ edirik. Birliyin fəaliyyəti bundan sonra alyans.org.az saytında öz əksini tapacaq", - deyə E.Həsənov əlavə edib.

Daha sonra çıxış edən Alyansın üzvü Hamlet İsmayılov təhlükəsizlik orqanlarının fəaliyyəti haqında söz açıb. O qeyd edib ki, təhlükəsizlik orqanları daim ayıq-sayıq çalışaraq dövlətimizin təhlükəsizliyini təmin edib və bundan sonra da edəcək.

Qeyd edək ki, "alyans.org.az" saytının haqqımızda bölümündə Alyans Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədrləri barədə ayrıca məlumat yer alır.

Milli Qəhrəmanlarımız bölümündə isə xüsusi xidmət orqanlarında çalışmış Milli Qəhrəmanlar haqqında məlumat əksini tapır.

Daha sonra isə Fəaliyyətimiz bölümündə İctimai Birliyin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər barədə məlumatlar yerləşdirilib.

Oxucuların böyük marağına səbəb olacaq digər bir bölüm isə Birliyin redaksiya heyəti tərəfindən nəşr olunan "Antiterror və Təhlükəsizlik Problemləri" elmi-informasiya bülleteninin elektron dərcidir.

Qanunvericilik bölümündə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının qanunu əksini tapır.

Xəbərlər bölümündə isə ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr haqda Trend İnformasiya Agentliyinə əsaslanan xəbər postları, həmçinin Dövlət Təhlükəsizliyi Xdimətinin rəsmi press-relizləri yerləşdirlib.

Mövzuya görə xəbərlər