“Alyans” İctimai Birliyi və Trend BİA-nın rəhbərləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər (FOTO)

“Alyans” İctimai Birliyi və Trend BİA-nın rəhbərləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər (FOTO)

Bakı. TurkicWorld:

Azərbaycan xüsusi xidmət orqanları veteranlarının “Alyans” İctimai Birliyi nümayəndələri çərşənbə günü Trend BİA-nın direktoru İlqar Hüseynovla əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

TurkicWorld-un məlumatına görə, agentliyin ofisində keçirilmiş danışıqlar zamanı tərəflər təşkilatın fəaliyyətinin işıqlandırılması, “Alyans”ın rəsmi saytının hazırlanması və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Görüşdə "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri Fəxri Abasov, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin İdarə Heyətinin üzvləri Eldar Əzizov, Bəhruz Teymurov, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin üzvləri Elşad Həsənov və Murad Heydərov iştirak ediblər.

Qeyd edək ki, xüsusi xidmət orqanları veteranlarının “Alyans” İctimai Birliyi 2004-cü il mayın 5-də Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Birliyin əsas məqsədi xüsusi xidmət orqanları veteranlarının sosial adaptasiyasına kömək, birliyin üzvlərinə maddi, mənəvi və digər praktik köməyin göstərilməsidir.