Son dəqiqə

Qarabağ

Azad olunmuş ərazilərdə bərpa-konservasiyaya ehtiyacı olan abidələrin ilkin sayı açıqlandı

Bakı. TurkicWorld:

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ötən ilin iyun, avqust və oktyabr aylarında işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin inventarizasiyası davam etdirib.

TurkicWorld xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabatında öz əksini tapıb.

Məlumata əsasən, müxtəlif rayonlarda yerləşən 2 mindən çox tarix və mədəniyyət abidəsi barədə əldə olunan məlumatların təhlili nəticəsində məlum olub ki, ilkin mərhələdə 150 abidədə müvafiq olaraq bərpa-konservasiya işləri görülməlidir.

Mövzuya görə xəbərlər