Son dəqiqə

Qarabağ Xocalı Rusiya sülhməramlıları

Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ilə bağlı tədbir keçirilir

Xocalı. TurkicWorld:

Xocalıda Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş mərasim keçirilir.

TurkicWorld xəbər verir ki, tədbirdə Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yüksək rütbəli hərbçiləri iştirak edir.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi.

Mövzuya görə xəbərlər