İnsan kapitalı hər bir inkişafın əsasını təşkil edir - İSESCO sosial və humanitar elmlər departamentinin direktoru

İnsan kapitalı hər bir inkişafın əsasını təşkil edir - İSESCO sosial və humanitar elmlər departamentinin direktoru

Bakı. TurkicWorld:

Hazırda dünyanın bir çox nöqtəsində qadınlar davamlı şəkildə şiddətə məruz qalır.

TurkicWorld xəbər verir ki, bunu İSESCO sosial və humanitar elmlər departamentinin direktoru Ramata Almamy Mbaye Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Qadınlara qarşı ayrıseçkilik, bərabərsizlik, şiddət siyasi sahədə də baş verir. İnsan kapitalı hər bir inkişafın əsasını təşkil edir. İSESCO çalışır ki, psixo-sosial alətlər yaratsın.

Əqli problem, sağlamlıq İSESCO üçün prioritet məsələdir. Qadınların fiziki sağlamlığa ehtiyacı var. Biz humanitar fəaliyyəti gücləndirməklə birlikdə gənc qızların xüsusi istəklərini də yer ayırırıq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.