Son dəqiqə

ISESCO

Təhsildə rəqəmsal inkişafa yer ayırmalıyıq - ICESCO-nun baş direktoru

Bakı. TurkicWorld:

PİSA qiymətləndirməsi öz əhəmiyyətini qoruyub saxlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik PİSA üzrə II ISESCO Nazirlər Konfrasının açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırkı təhsil sistemi ilə cəmiyyət arasında böyük əlaqə var.

"Təhsildə rəqəmsal inkişafa yer ayırmalıyıq. Amma bildirilir ki, rəqəmsal cihazlar vasitəsilə şagirdlər təhsildən yayınır.

Bilik və bacarıqların inkişaf etdirilməsi üçün ISESCO üzərinə öhdəliklər götürüb. Məqsədimiz inkişafdan geri qalan sahələri inkişaf etdirməkdir. Süni intellektin gücləndirilməsi işimizə müsbət töhfələr verir. Rəqəmsal savadlılığı təşviq etməklə təhsil gənclərin gələcəkdə uğurla irəliləməsinə kömək ola bilər", - deyə o bildirib.

Qeyd edək ki, PISA üzrə II İSESKO Nazirlər Konfransı keçirilir.

Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans "PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər" mövzusuna həsr olunub.

Konfransa Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Latviya, Nigeriya, Malayziya, Mərakeş, Bruney-Darüssəlam, Livan, Oman Sultanlığı, Qambiya və digər ölkələrdən 40-dan çox nümayəndə qatılıb.

Mövzuya görə xəbərlər