Bakı. TurkicWorld:
Mayın 13-də Bakıda PISA üzrə II İSESKO Nazirlər Konfransı öz işinə başlayıb.
TurkicWorld xəbər verir ki, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans "PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər" mövzusuna həsr olunub.
Konfransa Özbəkistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Latviya, Nigeriya, Malayziya, Mərakeş, Bruney-Darüssəlam, Livan, Oman Sultanlığı, Qambiya və digər ölkələrdən 40-dan çox nümayəndə qatılıb.
Konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna biləcək əsas məqamları və ən yaxşı təcrübələri müəyyənləşdirməkdir.
Konfrans hazırda öz işini davam etdirir.