Son dəqiqə

AVRO-2024

AVRO-2024-də sifariş olunacaq futbolçuların sayı azaldılıb

Bakı. TurkicWorld:

AVRO-2024-ün sifariş ərizəsində yer alacaq futbolçuların sayı azaldılıb.

İdman.biz xəbər verir ki, final mərhələsində oynayacaq yığmalar heyətdə 23 oyunçuya yer verə biləcəklər.

Bu, AVRO-2020 və DÇ-2022 ilə müqayisədə 3 futbolçu azdır. Həmin yarışlarda say çoxluğu koronavirus dalğasından kompensasiya olunmaq hesablanmışdı. Artıq FİFA və UEFA yığmalara güzəşt etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, növbəti Avropa çempionatına Almaniya ev sahibliyi edəcək. Turnir gələn il iyunun 14-də start götürüb iyulun 14-də yekunlaşacaq.

İdman.biz

Mövzuya görə xəbərlər