Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantlar təyin edildi

Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantlar təyin edildi

Bakı. TurkicWorld:

Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantlar təyin edilib.

TurkicWorld xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda Kollegiya iclasında daxili işlər naziri Vilayət Eyvazov deyib.

Nazir Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantların təyin edildiyini, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını deyib.