Milli Elmlər Akademiyası Lütfi Zadə

Akademik Lambert Nəşriyyatı Lütfi Zadəyə həsr olunan monoqrafiyanı 7 dildə nəşr edib

Bakı. TurkicWorld:

Akademik Lambert Nəşriyyatı Lütfi Zadəyə həsr olunan monoqrafiyanı 7 dildə nəşr edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva TurkicWorld-a bildirib ki, o, Akademik Lambert Nəşriyyatından sentyabrda ingilis dilində çap olunmuş "The Era, Worldview and Philosophical Views of Lotfi A. Zadeh (“Lütfi Ə.Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları”) monoqrafiyasının portuqal, alman, ispan, fransız, italyan və rus dillərində də nəşr olunduğu haqqında məktub alıb.

"The Era, Worldview and Philosophical Views of Lotfi A. Zadeh" əsəri dünyaşöhrətli alim Lütfi Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları haqqındadır. Müəllif 4 fəsil və 17 yarımfəsildən ibarət olan monoqrafiyada dahi alimin yaşadığı dövrü, keşməkeşli həyatını, rasional və qeyri-səlist məntiqlə sintezdə formalaşmış özünəməxsus və zəngin dünyagörüşünü, multikultural, tolerant və eyni zamanda identik fəlsəfi baxışlarını ən yeni mənbələr və elmi yanaşmalar kontekstində tədqiq etmişdir.

Monoqrafiya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib.

"The Era, Worldview and Philosophical Views of Lotfi A. Zadeh" monoqrafiyasınn rəyçiləri Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin Fəlsəfə kafedrasının müdiri, Fəlsəfə elmləri doktoru, professor Olqa Kyvlyuk, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Heydər Əliyevin Siyasi İrsi və Azərbaycançılıq Fəlsəfəsi" şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva, Şimali Kipr Türk Cümhuriyyəti Suprus Elm Universitetinin professoru, “ECLSS org.” təşkilatının prezidenti Həsən Karacandır.

Mövzuya görə xəbərlər