BAKI,TurkicWorld Orxan Qədirzadə
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh Al-Cutayli Bakı şəhərində keçirilən “Əbu əl-Qasim əl-Zəhraui” adlı elmi simpoziumda iştirak edib.
TurkicWorld xəbər verir ki, tədbir Kral Əbdüləziz Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Əlyazmalar İnstitutu tərəfindən birgə təşkil olunub.
Simpozium orta əsrlər İslam elmi irsinin görkəmli nümayəndələrindən biri olan Əbu əl-Qasim əl-Zəhrauiyə həsr edilib və onun tibb elminə verdiyi töhfələr müzakirə olunub.
Tədbirdə elm adamları, tədqiqatçılar və rəsmi nümayəndələr iştirak edərək İslam sivilizasiyasının elmi irsi və onun müasir elmdəki əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.







