Bakı. TurkicWorld:
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda beşinci turun ilk klassik partiyası keçirilib (kişilər arasında 1/8 final, qadınlar arasında 1/4 final).
TurkicWorld-un məlumatına görə, Azərbaycan şahmatçısı Nicat Abasovun dünya çempionatının 1/8 final mərhələsindəki rəqibi Saleh Salemdir (BƏƏ). Beşinci turun ilk klassik oyununda Nicat Abasov ağ fiqurlarla oynayıb.
Kişilər arasında dünya çempionatının 1/8 final mərhələsinin ilk oyununun nəticələri:
Maqnus Karlsen (Norveç) - Vasili İvançuk (Ukrayna) - (1-0);
Ferens Berkes (Macarıstan) - Rameşbabu Praqnanandha (Hindistan) - (0,5–0,5);
Fabiano Karuana (ABŞ) - Yan-Kşiştof Duda (Polşa) - (0,5–0,5);
Santoş Vidit (Hindistan) - Yan Nepomniaxçi (FİDE) - (0,5–0,5);
Nicat Abasov (Azərbaycan) - Saleh Salem (BƏƏ) - (1-0);
Leynier Dominqes Peres (ABŞ) - Aleksey Sarana (Serbiya) - (1-0);
Nils Grandelius (İsveç) - Arjun Erigaisi (Hindistan) - (0-1);
Vanq Hao (Çin) - Qukeş Dommaraju (Hindistan) - (0-1).
Qadınlar arasında dünya çempionatının 1/4 final mərhələsinin ilk oyununun nəticələri:
Anna Muzıçuk (Ukrayna) - Elizabet Petz (Almaniya) - (0,5–0,5);
Aleksandra Qoryaçkina (FIDE) - Harika Dronavalli (Hindistan) - (0,5–0,5);
Tan Çjonqyi (Çin) - Bella Xotenaşvili (Gürcüstan) - (1-0);
Nurgül Səlimova (Bolqarıstan) - Polina Şuvalova (FİDE) - (1-0).
Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.
FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.
FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.