Son dəqiqə

Şahmat

Şahmatın rapid və blits üzrə Avropa çempionatı başa çatdı

Bakı, TurkicWorld

Şimali Makedoniyanın Skopye şəhərində şahmatın rapid və blits üzrə Avropa çempionatı yekunlaşıb.

TurkicWorld xəbər verir ki, bu gün şahmatçılar blits üzrə qüvvələrini sınayıblar.

Niderlandlı Yorden Van Foreest 13 turdan ibarət mübarizədə 11 xal toplayaraq blits üzrə çempion olub. Rapiddə olduğu kimi, blitsdə də şahmatçılarımızdan ən yaxşı nəticəyə Eltac Səfərli imza atıb. O, 10 xalla 9-cu yeri tutub.

Rauf Məmmədov 9,5 xalla 11-ci yerdə qərarlaşıb, Məhəmməd Muradlı isə 14-cü pillədə yer alıb. Namiq Quliyev 8 xalla 66-cı, Elnur Əliyev isə 7,5 xalla 101-ci yeri tutub.

Qeyd edək ki, rapid üzrə 11 turun yekununda sloveniyalı Vladimir Fedoseyev 1-ci yeri qazanıb.

Mövzuya görə xəbərlər