Son dəqiqə

Şuşa Türk dünyası Ahmet Yeşitepe

Türk dünyası ölkələrindən daha çox xəbərlər verməliyik - Ahmet Yeşitepe

Bakı. TurkicWorld:

Şuşaya gələndə yolda iki fərqli mənzərəylə rastlaşdım. Bir tərəfdən ermənilər tərəfindən törədiləm təxribatlar, vandallıqlar, digər tərəfdən isə Azərbaycan tərəfindən yenidən inkişaf etdirilən, tikilən Şuşa şəhəri var.

Bu barədə TurkicWorld-ə özəl açıqlamasında NTV xarici xəbərlər departamentinin rəhbəri Ahmet Yeşitepe deyib.

"Şuşaya gələndə yolda iki fərqli mənzərəylə rastlaşdım . Bir tərəfdən ermənilər tərəfindən törədiləm təxribatlar,vandallıqlar, digər tərəfdən isə Azərbaycan tərəfindən yenidən inkişaf etdirilən, tikilən Şuşa şəhəri var. Ötən gün Prezident İlham Əliyev forum iştirakçıları ilə görüşü zamanı dünyaya bu torpaqların Azərbaycanın olduğunu, bu səbəbdən sahib çıxdığımızı və yenidən inşa etdiriliyinin mesajını verdi", - deyə o əlavə edib.

Azərbaycan və Türkiyə mediası əməkdaşlığının inkişafından bəhs edən A.Yeşiltepe əsas məsuliyyətin Türkiyə mediasının üzərinə düşdüyünü deyir.

"Türkiyədə Azərbaycan mədəniyyətinə, musiqisinə, aktual mövzularına çox böyük maraq var. Türkiyə mediası biraz bu məsələdə açıq olmalı, türk dünyası ölkələrindən daha çox xəbərlər verməliyik. Əlbəttə önəmli hadisələrə yer ayrılır. Lakin daha aktual mövzulardan danışılmalıdır. Çünki bunlar da türkiyə cəmiyyəti tərəfindən diqqət çəkir", - deyə o bildirib.

Mövzuya görə xəbərlər