Son dəqiqə

Türkiyə Rəşad Cabirli MÜSİAD Azərbaycan Ömər Bolat

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Türkiyənin Ticarət naziri ilə görüşüb

Bakı. TurkicWorld:

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli Türkiyə Ticarət naziri Ömər Bolat ilə görüşüb. Bu haqda TurkicWorld-a MÜSİAD-dan daxil olan məlumatda bildirilir.

Məlumata əsasən görüş, İstanbulda keçirilən “İş Dünyası – Yüz İlin Zirvəsi” iqtisadi forumu çərçivəsində baş tutub.

“Görüş zamanı Cabirli, Ömər Bolata MÜSİAD Azərbaycan fəaliyyəti haqda geniş məlumat verib, qurumun Türkiyə vəAzərbaycan arasında iqtisadi münasibətlərinin dərinləşməsi istiqamətindəki fəaliyətlərini çatdırıb. Görüşdə MÜSİAD-ın vitse-prezidenti Abdurrahman Uzun da iştirak edib”- deyə məlumatda bildirilir.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişiafı Agentliyinin və MÜSİAD-ın tərəfdaşlığı, KOBSKA və MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə 13-14 İyul tarixlərində İstanbulda "İş dünyası-100 ilin zirvəsi" adlı forum keçirilir.

Məlumat üçün bildirək ki, MÜSİAD və MÜSİAD Azərbaycan mütəmadi olaraq, Türkiyə və Azərbaycana qarşılıqlı investisiyaların cəlb edilməsi istiqamətində addımlar atırlar.

Xatırladaq ki, 2021-ci ildə Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF) keçirilib.

MÜSİAD-ın 82 ölkədə, 164 məntəqədə ümumilikdə 13 min 500 dən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.

Əlavə olaraq qeyd edək ki, bu il MÜSİAD 33 yaşını qeyd edib.

Mövzuya görə xəbərlər