Son dəqiqə

Rövşən Tağıyev BDYP

Velosiped və skuter istifadəçilərinə təhlükəsizlik qaydalarına riayət etmələrini tələb edirik - BDYPİ (ÖZƏL)

Bakı TurkicWorld

Velosiped və skuter istifadəçilərinə təhlükəsizlik qaydalarına riayət etmələrini tələb edirik.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib.

O bildirib ki, velosiped və skuterlərin iştirakı ilə baş verən yol qəzalarının əsas səbəblərindən biri, bu tip nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsidir. “Ötən il ərzində velosipedçilərin vurulması ilə nəticələnən 29 yol nəqliyyat hadisəsində 16 nəfərin həyatını itirməsi, 15 nəfərin yaralanması da bu növ qəzaların ağırlıq dərəcələrinin kifayət qədər yüksək olduğunu göstərir”,- deyə o vurğulayıb.

R.Tağıyevin sözlərinə görə, velosiped və skuter istifadəçiləri yol hərkətinin ən müdafiəçisiz iştirakçısıdır.

“Qanunvericiliyin tələbinə əsasən, velosipedçiləri xüsusi velosiped zolağı ilə bunlar olmadıqda isə yolun küçənin hərəkət hissəsinin kənarı və yol çiyinləri ilə hərəkət etməli, idarəetməyə mane olan yük və ya sərnişin daşımamalı, velosiped isə texniki cəhəddən saz, lazımınca təchiz edilmiş olmalıdır. Bununla yanaşı velosipedçilər təhlükəsizlik dəbilqələrindən istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə yetirməli xüsusilə sutkanın qaranlıq vaxtı və yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün tədbirlər görməli, özlərinə və başqalarına təhlükə yaratmamalıdırlar.

Eləcə də skuter idarəedənlərdən də xahiş edirik ki, təhlükəsizlik qaydalarına riayət etsinlər, özləri ilə yanaşı digər yol hərəkət iştirakçılarına həyat və sağlamlığına biganə yanaşmasınlar”,- deyə o qeyd edib.

Mehriban Xəlilli

@MXalilbekova