XİN Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edib

XİN Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edib

Bakı. TurkicWorld:

Xarici İşlər Nazirliyi Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edib.

TurkicWorld-un məlumatına görə, bu barədə nazirlik öz "Twitter" səhifəsində yazıb.

"Anadan olmasının 100-cü ildönümünü ehtiram ilə qeyd etdiyimiz, ömrünü xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan var olduqca əbədi yaşayacaq. Qürur mənbəyimiz Ümummilli Liderimizi dərin minnətdarlıqla anırıq", - deyə paylaşımda bildirilib.