Son dəqiqə

Azərbaycan Ümumilli Lider Heydər Əliyev

Heydər Əliyev və Azərbaycan səhiyyəsi

Bakı TurkicWorld

Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində onun Azərbaycan Respublikasının tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrindəki rolu tarixi bir həqiqətdir.

Ulu Öndər üçün ən vacib sahə məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da dahi rəhbər respublika səhiyyəsində mövcud olan durğunluğun aradan qaldırılmasına səy göstərirdi və buna müvəffəqiyyətlə nail olurdu.

1969–cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası onun təşəbbüsü ilə məhz həmin gələcək nailiyyətlərin bünövrəsində dayanan “Sağlamlıq Məcəlləsi” adlı sənədi qəbul etdi. 1970–ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarının, 2 il sonra isə Beynəlxalq

Tibbi Avadanlıqlar Sərgisinin məhz Bakıda keçirilməsi respublikamızın bu sahədə artan rolundan xəbər verirdi. Sonralar ölkəmizin bu cür tədbirlərə ev sahibliyi etməsi artıq ənənəvi hal aldı.

Bu kimi tədbirlərin Bakıda keçirilməsini təşkil edən Ümummilli Lider ölkəmizin səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, bütün sahələrdə olduğu kimi bu sahələrin də dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı. Ulu Öndər 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olduqdan sonra SSRİ-nin səhiyyə sisteminə də nəzarət edirdi və Sovet İttifaqının yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, onların diqqətini Azərbaycana cəlb etməklə Azərbaycan səhiyyəsinin inkişafına zəmin yaradırdı.

Müstəqillik dövründə Ümummilli lider Heydər Əliyevin dahi siyasəti nəticəsində Azərbaycanın özü ilə birlikdə səhiyyə sistemi də xilas edildi. Səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması məqsədilə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın

immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi.

1994-cü ildə Azərbaycanla BMT-nin Uşaq Fondu arasında imzalanan Əməkdaşlıq Proqramına uyğun olaraq, uşaq ölümünün digər bölgələrə nisbətən yüksək, sağlamlıq göstəricilərinin isə aşağı səviyyədə olduğu Quba rayonunda islahatlara başlamaq qərara alındı. Sonralar həmin proqramın icrası sayəsində Masallı, Lənkəran, Cəlilabad və Salyan rayonlarında da böyük uğurlar əldə olundu.

2000-ci ildə Heydər Əliyevin göstərişi ilə Azərbaycan Tibb Universitetinin nəzdində strateji əhəmiyyət daşıyan hərbi-tibb fakultəsi yaradıldı. 2020-ci ildə Vətən müharibəsi zamanı həmin fakultənin məzunları olan qəhrəman həkimlərimiz yüzlərlə əsgərlərin həyatını xilas etdiyinin şahidi olduq.

Bu gün Azərbaycan səhiyyəsi Ulu Öndərin yürütdüyü siyasət nəticəsində inkişaf yolundadır. Vətəndaşların sağlamlığına

göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır.

Müasir dövrümüzdə səhiyyədə gündən-günə inkişaf edən, əhalinin bir sıra ehtiyaclarını asanlaşdıran yeni-yeni xidmətlər yaradılmaqdadır. Bu xidmətlərdən biri də avtomatlaşdırılmış elektron xidmətləridir. Avtomatlaşdırılmış elektron xidmətlərin tibb sahəsində də tətbiq olunması Azərbaycanın əsas prioritetlərindəndir. Bu mənada səhiyyənin ASAN modeli olan Yeni Klinikanı misal göstərmək mümkündür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Qafqazın ən böyük tibb müəssisəsi olan Yeni Klinika 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir.

İstər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verən avadanlıqlarla quraşdırılan tibb müəssisəsi həm pandemiya, həm də Vətən müharibəsi dövründə böyük əzm göstərərək seçilən tibb müəssisələrindən biri olmuşdur.

Qeyd edim ki, 6 iyun 2022-ci ildən etibarən İcbari Tibbi Sığorta sistemi tətbiq olunduğu tibb müəssisələrinin siyahısına daxil olan Yeni Klinikada müraciət edənlərin sayı durmadan artır.

Belə ki, cari ilin ilk rübü ərzində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 32 503 nəfər ambulator tibbi xidmət üçün müraciət edib.

Tibb müəssisəsinə icbari tibbi sığorta üzrə stasionar tibbi xidmət üçün müraciət edənlərin sayı 952, əməliyyat olunan pasiyentlərin sayı isə 994 nəfər təşkil edib.

Mərkəzə müraciət edən vətəndaşlara isə yanvar, fevral və mart aylarına ümumilikdə 158 054 ambulator tibbi xidmət göstərilib.

Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövləti bu gün Ulu Öndərin siyasətinə istinad edərək qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, dahi azərbaycanlıya məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir.

Hörmətlə ,

Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan “Yeni Klinika” publik hüquqi şəxsin direktoru vəzifəsini icra edən baş həkim Cavid Nazim oğlu Paşayev

Mövzuya görə xəbərlər