ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Bakı. TurkicWorld:

ABŞ-ın Azərbaycandakı Səfirliyinin twitter səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.

TurkicWorld xəbər verir ki, paylaşımda deyilir:

"Biz bu gün azərbaycanlıların matəminə qoşulur və 1992-ci ildə Xocalıda həyatını itirən şəxslərin ailələrinə başsağlığı veririk".

Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülənlərdən 155-nin taleyi hələ də məlum deyil.