Xocalı soyqırımı Azərbaycanın müstəqilliyə atdığı ilk addımlar zamanı baş verib - Xələf Xələfov

Xocalı soyqırımı Azərbaycanın müstəqilliyə atdığı ilk addımlar zamanı baş verib - Xələf Xələfov

Bakı. TurkicWorld:

Xocalı soyqırımı Azərbaycanın müstəqilliyə atdığı ilk addımlar zamanı baş verib.

TurkicWorld-un məlumatına görə, bunu bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O qeyd edib ki, qəddarlığına və miqyasına görə bu, misli görülməmiş bir faciə, soyqırımı cinayətidir.

“Beynəlxalq səviyyədə soyqırımı cinayəti kimi tanınması üçün bu gün Azərbaycan dövləti müvafiq addımlar atmağa davam edir. Bu addımlar hələ də yetərli deyil. Biz soyqırımı cinayəti törədən dövlətə, şəxslərə qarşı sanksiya tətbiq edə bilməmişik. Cinayət Ermənistan hərbi birləşmələri, eyni zamanda, Rusiya Federasiyanın 366-cı motoalayının iştirakı ilə baş verib”, - deyə X.Xələfov əlavə edib.