Qardaş dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyəsindən qürur duyuram - İordaniya Kralı

Qardaş dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyəsindən qürur duyuram - İordaniya Kralı

Bakı. TurkicWorld:

İordaniya Haşimilər Krallığının Kralı ll Abdullah ibn Al Hüseyn ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

TurkicWorld xəbər verir ki, təbrik məktubunda Kral ll Abdullah ibn Al Hüseyn İordaniya Haşimilər Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 30 illik yubileyi münasibətilə Prezident İlham Əliyevə qardaş dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyəsindən qürur duyduğunu, xalqlarımızın mənafelərinə xidmət etmək üçün müxtəlif sahələrdə əməkdaşlığı gücləndirmək və genişləndirmək niyyətində olduğunu bildirib.

İordaniya Kralı qeyd edib: “Həmçinin Yaxın Şərqdə və dünyada sülhə nail olmaq, təhlükəsizliyi və sabitliyi möhkəmləndirmək üçün səylərimizi gücləndirmək və İslam ümmətinin mənafeyinə xidmət edəcək şəkildə ümumi maraq doğuran məsələlər üzrə əlaqələndirməni və qarşılıqlı müzakirələri davam etdirmək niyyətində olduğumu bir daha vurğulayıram”.