Bakı. TurkicWorld :
İordaniya Misirlə birlikdə İsrailin fələstinliləri öz torpaqlarından çıxarmaq və Qəzza zolağının bir hissəsini bölmək planlarına qarşı çıxacağını bəyan edib.
TurkicWorld xəbər verir ki, bu barədə İordaniyanın ev sahibliyi ilə Ölü Dəniz bölgəsində keçirilən “Qəzzəyə Təcili Humanitar Müdaxilə Konfransı”-da məlumat verilib.
İordaniya və Misirin BMT ilə birgə təşkil etdiyi konfransda dövlət rəhbərləri, hökumət başçıları, beynəlxalq humanitar təşkilatların sədrləri iştirak ediblər.
Konfransdan sonra İordaniyanın xarici işlər naziri Ayman əs-Safadi, misirli həmkarı Samih Şükri və BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths birgə mətbuat konfransı keçiriblər.
İsrailin Qəzzədə fələstinliləri ac buraxmasının beynəlxalq hüquqa zidd olduğunu vurğulayan Safadi, “İsrailin (Qəzzəyə qarşı) davam edən hücumları müharibə cinayətidir və beynəlxalq ictimaiyyətin on illərdir şahidi olmadığı bir fəlakətdır” – deyə əlavə edib.
Safadi həmçinin Fələstin xalqının hüquqlarını tam şəkildə həyata keçirmək üçün Misirlə birgə səy göstərəcəklərini və fələstinlilərin öz torpaqlarından qovulmasına və ya Qəzzanın bir hissəsinin (İsrail tərəfindən) bölünməsinə bütün gücləri ilə qarşı çıxacaqlarını deyib.