ATƏT Daimi Şurasının iclasında Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum məsələsi qaldırılıb

ATƏT Daimi Şurasının iclasında Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum məsələsi qaldırılıb

Bakı. TurkicWorld

ATƏT Daimi Şurasının iclasında Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum məsələsi qaldırılıb.

TurkicWorld-in məlumatına görə, bu barədə Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri, Azərbaycanın ATƏT-də daimi nümayəndəsi Rövşən Sadıqbəyli tvitter hesabında deyib.

O bildirib ki, iclasda 52 nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.