...

Laçın yolundakı "blokada" mifdən ibarətdir - Azərbaycan səfirinin "Financial Times"a müsahibəsi

Siyasət Digər xəbərlər 24 Yanvar 2023 14:32
TurkicWorld Daspina Hasanova
Laçın yolundakı "blokada" mifdən ibarətdir - Azərbaycan səfirinin "Financial Times"a müsahibəsi

Bakı. TurkicWorld:

Laçın-Xankəndi yolu ilə hərəkət edən yüzlərlə nəqliyyat vasitəsi Ermənistan tərəfin dediyi kimi Azərbaycan tərəfindən heç bir "blokada"nın olmadığını göstərir.

TurkicWorld-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Financial Times" qəzetində bir neçə gün əvvəl dərc olunmuş yazıya elə həmin nəşrdəki cavab məqaləsində deyib.

Müəlliflərə cavab olaraq Süleymanov onların "rus-erməni oliqarxı Ruben Vardanyanın müvəqqəti olaraq rus sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazilərində vəziyyətə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mənfi təsirini düzgün vurğuladıqlarını" qeyd edib.

Lakin səfirin də qeyd etdiyi kimi, müəlliflər Azərbaycan cəmiyyətinin tamamilə real olan ətraf mühitin dağıdılması, həmçinin Ermənistan hökumətinin rəsmi şəkildə öz üzərinə götürdüyü öhdəliklərə zidd olaraq Emənistandan Laçın-Xankəndi yolu ilə yerüstü minaların və silahların qaçaqmalçılığı ilə bağlı əsaslı narahatlıqlarını inkar etməkdə çox tələsiblər.

"Xatırladaq ki, Azərbaycanda milli azadlıq hərəkatı 1988-ci ildə məhz Şuşa şəhərinin yaxınlığında yerləşən Topxana meşəsini qorumaq tələbi ilə başladıldı - Dağlıq Qarabağın təbiətininin qayğısına qalmaq nə yeni, nə də səthi məsələ deyil", - səfir deyib.

O, qeyd edib ki, Xankəndidəki separatçılara niyə Ermənistanda yerli ermənilərin səfər etməsinə mane olduqlarına dair sual ünvanlanmalıdır.

"Məqalə Qarabağın beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisi olduğunu təsdiqləyir. Hətta Ermənistan hələ bu yaxında beynəlxalq sənədlərə əsasən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib. Qafqazda davamlı sülhün təmin olunmasına dair hərtərəfli sazişlə davam etmək həm erməni, həm də Azərbaycan xalqlarının maraqlarına xidmət edərdi", - səfir yekun olaraq bildirib.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 44 gündür davam edir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti