Son dəqiqə

Ukrayna Odessa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi pilotsuz uçuş aparatı Səməd Nəsrullayev Atlas Bey gəmi kapitanı

Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

BAKI,TurkicWorld

Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq, Odessaya gətirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə ölkəmizə yola salınacaq.

"Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - deyə nazirliyin məlumatında qeyd edilib.

Mövzuya görə xəbərlər