Son dəqiqə

Azərbaycan Türkiyə Müdafiə Nazirliyi

“TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimi davam edir

BAKI.TurkicWorld

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində keçirilən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir.

Bu barədə TurkicWorld-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim planına uyğun olaraq, müxtəlif epizodlar üzrə qarşılıqlı fəaliyyət tapşırıqları icra olunur. Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Sikorsky S-70 helikopteri vasitəsilə radioelektron mübarizə (REM) tədbirləri yerinə yetirilərək şərti düşmənin yerüstü radioelektron vasitələri susdurulub. Eyni zamanda, Azərbaycan HHQ-nə məxsus Mi-17 helikopteri ilə şərti hədəflərin aşkar edilməsi və məhv olunması üzrə tapşırıqlar uğurla icra edilib.

Təlimin keçirilməsində əsas məqsəd qardaş ölkələrin HHQ-ləri arasında birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətin peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsidir.

Mövzuya görə xəbərlər