"Damla İctimai Birliyi" tərəfindən Şamaxı şəhərində xeyriyyə aksiyası keçiriləcək

"Damla İctimai Birliyi" tərəfindən Şamaxı şəhərində xeyriyyə aksiyası keçiriləcək

Bakı. TurkicWorld

“Damla” Aztəminatlı ailələrə qayğı İctimai Birliyi Şamaxı şəhərində xeyriyyə aksiyası keçirəcək. TurkicWorld-un məlumatına görə, 100 valideyn himayəsindən məhrum uşaqlar üçün xeyriyyə aksiyasi 30 oktyabr tarixində “ŞAMO” restoranında yerli vaxtla saat 11:00 da keçiriləcək.
Aksiya çərşivəsində uşaqların xoş zaman keçirməsi üçün maraqlı oyunlar, intelektual yarışlar keçirmək planlaşdırırıq. Eyni zamanda uşaqlar üçün çay və yemək süfrəsi təşkil olunacaq , sonda onlara hədiyyə paketləri təqdim ediləcək.
Tədbirdə Damla İctimai Birliyi kollektivi ilə yanaşı “Pətək “ İB və Damlanın könüllü gəncləri də iştirak edəcək.
Aksiya zamanı xeyriyyəçilər tərəfindən alınan qurbanlar kəsiləcək. Ayrıca uşaqlar üçün “Avrora “şirkəti şirniyyat paketləri və "Pizza-Mizza" restoranlar şəbəkəsi tərəfindən 150 nəfərlik pizza təqdim olunacaq.
Aksiya, Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov xüsusi dəstəyi ilə həyata keçiriləcək