“Damla” İctimai Birliyi tərəfindən Xudatda növbəti xeyirxah aksiya keçirilib

“Damla” İctimai Birliyi tərəfindən Xudatda növbəti xeyirxah aksiya keçirilib

56 saylı Xaçmaz kənd seçki dairəsini təmsil edən deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudat şəhəri və ətraf kəndlərdə yaşayan şəhid, qazi və aztəminatlı ailələrə “Damla” İctimai Birliyi tərəfindən Qurban bayramı münasibətilə sovqat paylanılıb.

Trend-in məlumatına görə, bayram münasibətilə ümumilikdə 100-dən çox ailəyə bayram sovqatı paylanılıb.

Yardım aksiyası Xudat şəhər mərkəzi daxil olmaqla, köhnə Xudat, Susayqışlaq, Qusarçay, Ləcət, Yalama, Əhmədoba inzibati ərazi dairələrini, Çaykənarı, Maqsudkənd, Yeni Həyat, Mürşüdoba, Niyazoba, Qımılqışlaq və digər kəndləri əhatə edib.

Sakinlər xeyirxah təşəbbüsə görə millət vəkilinə və “Damla” İctimai Birliyinə təşəkkürlərini ifadə ediblər.