“Damla İctimai Birliyi ” bu dəfə də ənənəsinə sadiq qaldı

“Damla İctimai Birliyi ” bu  dəfə də ənənəsinə sadiq qaldı

BAKI. TurkicWorld

Qısa bir müddət ərzində xeyriyyəçiliyi ilə tanınan Biganə Qalma komandası “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyi ilə beş sentyabr Beynəlxalq Xeyriyyəçilik gününü qeyd edib. Bu haqda TurkicWorld –a Damla İctimai birliyindən daxil olan məlumatda bildirilir.

Belə ki , beş Sentyabr Belnəlxalq Xeyriyyəçilik Günü ilə əlaqədar olaraq Biganə Qalma komandası “Damla” İctimai Birliyi ilə birgə116 valideyin himayəsindən məhrum olmuş uşağı əhatə edən “Bir Uşağın Xəyalı” aksiyasını reallaşdırıblar.

“Aksiya çərçivəsində “Damla” İctimai Birliyində qeydiyyatda olan valideyn himayəsindən məhrum olmuş uşaqlar öz arzu və istəklərini məktublara yazaraq Biganə Qalma komandasına təqdim etdi və komanda bu xəyalların reallaşması üçün çağırış edərək xeyirsevərləri layihəyə cəlb edilib” –deyə məlumatda qeyd olunur.

Qısa zamanda böyük maraq yaradan “Bir Uşağın Xəyalı” aksiyasına Dövlət Məşğulluq Agentliyi, 166 Yükdaşıma və Logistika xidməti, Beauttech gözəllik salonu, Balli Bisi şirniyyat butiki, məşhur blogerlər, iş adamları və adını çəkilməsini istəməyən xeyirsevərlər qoşulub.

“Tədbirdə uşaqlar üçün əyləncəli şoular, şirniyyat masası və bir çox surprizlər təşkil olundu. Tədbirin rəsmi hissəsində çıxış edən qonaqlar layihənin önəmini və uşaqlara göstərilən qayğının vacibliyini vurğuladılar. Rəsmi tədbirdən sonra xeyirsevərlər onlara məktub yazmış uşaqlarla görüşüb, onlarla yaxından tanış olaraq uşaqların arzuladığı hədiyyələri onlara təqdim ediblər.

Qeyd edək ki, könüllülüklə xeyriyyəçilik arasında körpü olmağı bacaran "Biganə qalma” xeyriyyə aksiyası 2020-ci ildə Covid-19 virusunun yaratdığı çətinliklərdən ərsəyə gəlmiş və ilk fəaliyyətə başladığı dövrlərdə pandemiya səbəbindən işsiz qalmış, maddi ehtiyacı olan ailələrə dəstək olmağa yönəlmişdir. "Evdə qal, amma biganə qalma" şüarı ilə yola çıxan "Biganə Qalma" komandası ehtiyac sahiblərinə biganə qalmayaraq 2 ay ərzində 6153 ailəni ərzaq yardımı ilə təmin edib.

Beş nəfərlə başlayan xeyriyyə aksiyası qısa zamanda böyüyərək üzvlərinin sayını 150 nəfərə çatıb.

“Biganə Qalma” komandası 44 günlük Vətən Müharibəsi zamanı da yardımlarını davam etdirib, müharibə zamanı və ondan sonrakı dönəmlərdə Türkiyədən yeddi "TIR" müxtəlif səpkidə yardım gətirilməsi təşkil olunubş, şəhid ailələrinə və əlilliyi olan şəxslərə dəstək göstərilib.

Həmçinin “Biganə Qalma” komandasının səyləri nəticəsində 11 qazi və iki nəfər "ANAMA" işçisi olmaqla toplam 13 nəfər Türkiyədə ən son model protezlərlə təmin olunmuşdur.

2020-ci il könüllülər hərəkatının liderliyi üçün Moskvada təşkil olunan “Beynəlxalq Vətəndaş İştirakçılığı Forumu”nda 60 ölkədən 2000-ə yaxın müraciət arasında "Biganə Qalma" xeyriyyə aksiyası ilin ən xeyirxah layihəsi elan edildi, eyni zamanda layihənin qurucularından olan Adil Abdullayev "İlin ən xeyirxah adamı" nominasiyasına layiq görülüb

Bu il “Biganə Qalma” komandası Ramazan Sevinci”, “Bir Təbəssüm”, “Bayram Süfrəsi”, “Bir Çanta Xoşbəxtlik” və “Bir Uşağın Xəyalı” aksiyaları çərçivəsində 1270 uşağın qəlbinə toxunaraq onların üzündə təbəssüm yarada bilib.