"Damla" təşkilatı Xaçmazda xeyirxah aksiya təşkil edib

"Damla" təşkilatı Xaçmazda xeyirxah aksiya təşkil edib

Bakı. TurkicWorld:

"Damla" İctimai Birliyi (İB) Xaçmaz rayonunda müqəddəs Ramazan ayı münasibətilə xeyirxah aksiya təşkil edib.

TurkicWorld-un məlumatına görə, rayonun 56 saylı kənd seçki dairəsini təmsil edən millət vəkili Sevil Mikayılovanın təşəbbüsü ilə baş tutan aksiya çərçivəsində 50-dən çox aztəminatlı ailəyə Ramazan sovqatları təqdim olunub.

Sakinlər daim dövlət tərəfindən də diqqət və qayğı ilə əhatələndiklərini vurğulayaraq, bu xeyirxah təşəbbüsə görə millət vəkilinə və "Damla" İctimai Birliyinə təşəkkürlərini ifadə ediblər.

Xalqımızın tarixən sahib olduğu zəngin xeyriyyəçilik ənənələrinə sadiq olan “Damla” İB xeyriyyə qurumu olaraq – aztəminatlı ailələrə, valideyn himayəsindən qismən və ya tamamilə məhrum uşaqlara, fiziki əngəlli insanlara və tənha yaşayan aztəminatlı ahıllara ünvanlı yardımların göstərilməsi istiqamətində fəaliyyət göstərir.