Son dəqiqə

İsveç

İsveçin İrandakı səfirliyi işini Bakıdan davam etdirəcək

Bakı. TurkicWorld:

İsveçin Xarici İşlər Nazirliyi İranda təhlükəsizliklə bağlı vəziyyətinin pisləşməsi fonunda Tehrandakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq Bakıya köçürmək barədə qərar qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard öz rəsmi "X" hesabında bildirib.

"İranda təhlükəsizliklə bağlı vəziyyətinin pisləşməsini nəzərə alaraq, İsveç XİN Tehrandakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq (İrandan) köçürməyə qərarı verib. Səfirlik fəaliyyətini Bakından davam etdirəcək. Tehranda təhlükəsizliklə bağlı vəziyyət hələ də çox qeyri-müəyyən olaraq qalır.

İsveç XİN 2022-ci ildən etibarən İrana bütün səfərlərdən çəkinməyi tövsiyə edir və İsveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır", – deyə paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər