Son dəqiqə

Azərbaycan İsveç Ceyhun Bayramov XİN Diplomatiya Tobias Lorentzson

Azərbaycan və İsveç arasında əməkdaşlıq məsələləri müzakirə olunub

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə diplomatik fəaliyyəti başa çatan İsveç Krallığının səfir Tobias Lorentzsonun görüşündə iki ölkə arasında siyasi dialoq, iqtisadiyyat, ticarət, humanitar və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu barədə Xarici İşlər Nazirliyinin Məbuat Xidmətindən məlumat verilib.

Görüş zamanı, tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin və təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib. O, səfir Tobias Lorentzsonun fəaliyyət müddəti ərzində Azərbaycan-İsveç əlaqələrinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə həmçinin regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, post-münaqişə dövründə bölgədə bərpa və yenidənqurma işləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Tobias Lorentzson ölkəmizdə fəaliyyəti dövründə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Mövzuya görə xəbərlər