Son dəqiqə

Mərkəzi Asiya

Əsas hədəf süni intellekti dövlət idarəçiliyinin aparıcı alətlərindən birinə çevirməkdir – Nazir müavini

Bakı. TurkicWorld:

Ötən illər ərzində görülən işlər nəticəsində Azərbaycan hökumətin süni intellektə hazırlıq indeksi üzrə 195 ölkə arasında artıq 70-ci yerə gəlib çıxıb.

TurkicWorld xəbər verir ki, bunu bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə deyib.

"Biz həm yaxın regionda, yəni Mərkəzi Asiyada da orta göstəricidən də yuxarıyıq, ən yüksək yerlərdən birini tutmuşuq. Qafqazda aydın məsələdir ki, ilk yerdəyik. Həmçinin Birləşmiş Millətlər Təşkilatının elektron hökumətin inkişafı indeksində də biz artıq çox yüksək inkişaf etmiş ölkələr kateqoriyasına daxil olmuşuq", - nazir müavini bildirib.

S.Əsədov vurğulayıb ki, qarşıdakı əsas hədəf bu dinamikanı davam etdirmək, süni intellektin ölkəmizdə dayanıqlı inkişaf, rəqabətqabiliyyətli iqtisadiyyat və səmərəli dövlət idarəçiliyinin aparıcı alətlərindən birinə çevirməkdir.

Mövzuya görə xəbərlər