Son dəqiqə

Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Türkiyə xarici işlər nazirliyi Türk Dövlətləri Təşkilatı Hakan Fidan

Ceyhun Bayramov Hakan Fidanla Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti müzakirə edib

BAKI, TurkicWorld

Martın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Xarici İşlər Nazirliyindən TurkicWorld -ə verilən məlumata görə, görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti, regionda artan eskalasiya və bunun regional sabitliyə mümkün təsirləri müzakirə olunub.

İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisini hədəf alan raket buraxılışı və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları qətiyyətlə pislənilib.

Bu qəbildən hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət etdiyi və təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirdiyi diqqətə çatdırılıb.

Sözügedən hücumlardan dərhal sonra Türkiyə Respublikasının Prezidenti başda olmaqla, Türkiyə tərəfinin Azərbaycana dəstək ifadə edən açıqlamalarına görə minnətdarlıq ifadə olunub.

Azərbaycanın əsas hissəsindən Naxçıvana və əks istiqamət üzrə həyata keçirilən təyyarə reyslərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə uçuşların müvəqqəti olaraq İğdır Hava Limanı vasitəsilə təşkil olunmasının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi qeyd edilib.

Görüş zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərindən irəli gələn əməkdaşlıq və koordinasiya məsələləri, yüksək səviyyəli səfər və təmaslar ətrafında fikir mübadiləsi aparılıb.

xxx

17:02

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkəsində yazıb.

Görüş Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində baş tutub.

Qeyd edək ki, Ceyhun Bayramov İstanbulda işgüzar səfərdədir.

Nazir səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edəcək və çıxış edəcək.

Mövzuya görə xəbərlər