Son dəqiqə

ABŞ Konqresi ABŞ Konqresi və 907-ci bənd Azərbaycana yardımla bağlı məhdudiyyət

Konqresdə Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif əlavə olunub

BAKI, TurkicWorld

ABŞ Konqresində Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif əlavə olunub.

TurkicWorld xəbər verir ki, həmmüəllif Abraham Hamade Nümayəndələr Palatasının Çikaqo üzrə üzvüdür və Respublikaçılar Partiyasını təmsil edir.

"Azərbaycana qarşı yardım məhdudiyyətlərini ləğvi" adlı bağlı qanun layihəsi Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Luna Anna Paulina tərəfindən 2025-ci il dekabrın 9-da Konqresə təqdim edilib.

Qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanunun mündəricatında həmin maddə ilə əlaqəli bənd çıxarılır.

Mövzuya görə xəbərlər