Son dəqiqə

Ottavada Xocalı harayı: Kanadada faciənin 34-cü ildönümü anılıb Xocalı soyqırımı Kanadada yad edildi: Səfirliyin və diasporun birgə təşkilatçılığı Vüsal Süleymanov: Xocalı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir Kanadada Xocalıya Ədalət: Ottavada tələbələr və diaspor bir araya gəldi 34 illik ağrı: Kanadada Xocalı faciəsinin qurbanları sükutla anıldı Ottavada Xocalı faciəsinə həsr olunmuş film və foto-sərgi nümayiş etdirilib

Kanadada Xocalı faciəsinin 34-cü ildönümü anılıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

21 fevral 2026-cı il tarixdə, Azərbaycan Respublikasının Kanadada Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Ottava şəhərində tədbir keçirilmişdir.

TurkicWorld Azərbaycan Diasporuna Dəstək Fonduna istinadən xəbər verir ki, tədbirdə, Səfirliyin əməkdaşları, diaspor və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı Ottavada təhsil alan tələbələr də iştirak etmişlər.

Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.

Daha sonra çıxış edən müvəqqəti işlər vəkili Vüsal Süleymanov Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri olaraq adlandırmışdır.

Tədbir çərçivəsində Azərbaycan icmasının üzvlərinin çıxışları dinlənilmiş, faciənin dəhşətlərini əks etdirən edən fotoşəkillər və film nümayiş etdirilmiş, qonaqlar üçün ehsan təşkil olunmuşdur.