Türkiyə prezidenti II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib

Türkiyə prezidenti II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya Kraliçası II Elizabetin vəfat etməsi ilə bağlı başsağlığı verib.

TurkicWorld-un məlumatına görə, Türkiyə dövlət başçısı bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Kraliça II Elizabet bu gün vəfat etməsini kədər hissi ilə eşitdim. Kral ailəsinə, dost və müttəfiq Böyük Britaniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verirəm".