Son dəqiqə

Ermənistan Nikol Paşinyan Almaniya Fridrix Merts Berlin Azərbaycan-Ermənistan sülh prosesi

Ermənistan və Azərbaycan arasındakı sülh prosesi dünyanın digər bölgələri üçün nümunə ola bilər - Merts

BAKI, TurkicWorld

Azərbaycan və Ermənistan arasındakı sülh prosesi dünyanın digər bölgələri üçün nümunə ola bilər.

TurkicWorld-un məlumatına görə, bu barədə Almaniya kansleri Fridrix Merts Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Berlin hadisələrin gedişatını diqqətlə izləyir.

"Birlikdə sülh prosesini irəli apara bilərik. Əminəm ki, bu təcrübə dünyanın digər yerlərində də faydalı ola bilər. Bu kontekstdə inanıram ki, Avropaya gedən yol açıqdır və əməkdaşlıq bir çox sahələrdə genişlənə bilər", - deyə kansler qeyd edib.

O əlavə edib ki, belə addımlardan biri artıq bu gün atılır və gələcəkdə digərləri də atılacaq.

Mövzuya görə xəbərlər